Plenkoviç: Xorvatiya Azərbaycandan qaz tədarükünə ümid edir

Xorvatiya Azərbaycandan qaz tədarükünə ümid edir.

"Report"un Dublinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç jurnalistlərə bildirib.

"Hökumətimin ilk səlahiyyət müddətində mayeləşdirilmiş təbii qazın qəbulu terminalının tikintisi ilə bağlı qərar qəbul etdik və bu layihəni uğurla həyata keçirdik. İkinci müddətin əvvəlində terminal açıldı və istismara verildi. Üçüncü müddətin əvvəlində isə onun gücü ildə 6,1 milyard kubmetrə qədər artırılaraq modernləşdirildi", - Baş nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan Xorvatiyanın böyük məmnuniyyətlə qazıntı yanacağı idxal etdiyi ölkələrdən biridir.

"Xorvatiyaya çoxlu Azərbaycan nefti daxil olur. Biz həmçinin qaz tədarükünə də ümid edirik", - Baş nazir qeyd edib.

Digər xəbərlər