Fransanın Azərbaycandakı səfiri Parisdə ambassadorialda iştirak edir

Bakı. 28 avqust. REPORT.AZ/ Fransa Xarici İşlər Nazirliyində bu ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin illik toplantısı keçirilir.

"Report" xəbər verir ki, səfirlər həftəsi çərçivəsində Fransanın xarici işlər naziri Jan-İv Le Drianın, eləcə də Fransa hökumətinin digər yüksək vəzifəli şəxslərinin çıxışları olacaq.

Görüşdə həmçinin Fransanın Azərbaycandakı səfiri Aurelia Buşe də iştirak edir.

Tədbir çərçivəsində səfirlərin iş adamları ilə görüşü baş tutacaq.

Digər xəbərlər