Finlandiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 26 may. REPORT.AZ/ Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

Digər xəbərlər