Dünya şöhrətli alim Əziz Sancar “Əlişir Nəvai” mükafatının həm özü, həm də bütün türk dünyası üçün çox önəmli olduğunu deyib.
“Report”un Budapeştə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında danışıb.
Nobel mükafatçısı qeyd edib ki, Əlişir Nəvai türk dilinin inkişafı istiqamətində böyük xidmət göstərib və bunu digər alimlərlə birlikdə edib:
"Buna görə də Əlişir Nəvai türk dünyasında xüsusi yerə malikdir. Onun adını daşıyan mükafatı almaq mənim üçün çox əhəmiyyətlidir. Bu, türk dünyasının birliyi üçün çox vacibdir”.