Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib.
Bu barədə "Report"a Azərbaycanın Estoniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, üzərində eston dilində “Haidar Alijevi aasta – 100” (Heydər Əliyev İli – 100) yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.