Estoniya prezidenti İlham Əliyevi təbrik edib

Bakı. 30 may. REPORT.AZ/ Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən xoş arzularımı və təbriklərimi çatdırıram.

Arzu edirəm ki, qarşıdakı illər Sizin və ölkəniz üçün firavan və xoşbəxt illər olsun".

Digər xəbərlər