Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada gedib

Azərbaycan xarici işlər nazirinin müavini, nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının 30-cu iclasında iştirak etmək üçün Pakistanın İslamabad şəhərinə səfər edib.

"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Elnur Məmmədovu İslamabad Beynəlxalq Hava Limanında Pakistan Xarici İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar.

Digər xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib 14 noyabr, 2026 / 18:44