Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə gedəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, fevralın 16-17-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. 

E.Məmmədyarovun konfransında çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Digər xəbərlər