3 Sentyabr 2021-ci il tarixində, xarici içlər naziri Ceyhun Bayramov Qırğızıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Kayrat Osmonaliyevi qəbul edib. Səfirin etimadnaməsinin surətini qəbul edən nazir, onu təyinatı münasibətilə təbrik edib.
XİN-dən "Report"a verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Nazir, həmçinin ölkələrimiz arasında çoxtərəfli platformalarda əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.
Səfir Kayrat Osmonaliyev yeni təyin olunmasına baxmayaraq Azərbaycan barəsində məlumatlı olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Səfir, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbaevin səmimi salamlarını nazir Ceyhun Bayramova çatdırıb və nazir Kazakbaevin Azərbaycanlı həmkarını rəsmi səfərə dəvət etdiyini bildirib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir səfir Kayrat Osmonaliyevə Azərbaycandakı gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ceyhun Bayramov Qırğızıstanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Digər xəbərlər
Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin gücləndirilməsi müzakirə olunub
30 oktyabr, 2026 / 18:16
İƏT-ə üzv dövlətlər üçün korrupsiyanın ölçülməsi üzrə tövsiyələr hazırlanıb
30 oktyabr, 2026 / 17:14
Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
30 oktyabr, 2026 / 17:03
ABŞ Azərbaycanda autizmli insanlara yardım sahəsində tərəfdaşlarını dəstəkləməyə davam edəcək
30 oktyabr, 2026 / 14:59
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
30 oktyabr, 2026 / 13:46
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik arxitekturası yaratmağa çalışır
30 oktyabr, 2026 / 13:20
Kobaxidze: Azərbaycanla əməkdaşlığımızı müxtəlif sahələrdə genişləndirmək üçün ciddi planlarımız var
30 oktyabr, 2026 / 12:52
Siqnaxidə Azərbaycan və Gürcüstan arasında ikitərəfli sənədlər imzalanıb
30 oktyabr, 2026 / 12:49
TDT-nin yeni baş katibi Özbəkistanın təmsilçisi olacaq
30 oktyabr, 2026 / 12:14
Kamran Əliyev Kamerun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb
30 oktyabr, 2026 / 12:08
Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib - Yenilənib
30 oktyabr, 2026 / 11:42
Latviya və Azərbaycan əməkdaşlığı gücləndirmək üçün yeni təşəbbüslər hazırlayır
30 oktyabr, 2026 / 10:56
ANAMA ilə Slovakiya Silahlı Qüvvələri arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub
30 oktyabr, 2026 / 10:38
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
30 oktyabr, 2026 / 10:25
İraq, Qambiya, Mərakeş, Mozambik və Burkina-Faso ASAN xidmət modelinin tətbiqində maraqlıdır
30 oktyabr, 2026 / 09:53