Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycana yeni təyin edilmiş səfiri Klaudio Taffurini qəbul edib.
XİN-dən "Report"a verilən məlumata görə, İtaliya səfiri Klaudio Taffuri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov Klaudio Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini qeyd edib və yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.
Nazir, həmçinin səfir Klaudio Taffuriyə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib. Nazir, Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının, o cümlədən sərhəd gərginliyi məsələlərinin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.
Səfir Klaudio Taffuri ikitərəfli münasibətlərinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.
Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ümumi fikir mübadiləsi aparıb.
Nazir: "Azərbaycan və Ermənistan arasındakı sərhəd gərginliyi məsələləri danışıqlar yolu ilə həll olunmalıdır"
Digər xəbərlər
Sahibə Qafarova Qazaxıstana səfər edib
05 noyabr, 2026 / 18:39
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
05 noyabr, 2026 / 18:31
Böyük Britaniya səfiri: Naxçıvan günəş enerjisi və turizm üçün böyük potensiala malikdir
05 noyabr, 2026 / 16:23
Zehra Zümrüt Selçuk: Dövlətlər ümumi problemlərin həlli üçün səylərini birləşdirməlidir
05 noyabr, 2026 / 15:54
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
05 noyabr, 2026 / 15:46
Özbəkistan dövlət xidmətləri sisteminin təkmilləşdirilməsində Azərbaycanın təcrübəsini öyrənib
05 noyabr, 2026 / 15:40
Azərbaycanın Keniyadakı səfiri vida görüşü keçirib
05 noyabr, 2026 / 15:39
Madaqaskarlı nazir dövlət idarəçiliyində şəffaflığı təmin etməyə çağırıb
05 noyabr, 2026 / 15:34
Gürcüstan dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edir
05 noyabr, 2026 / 15:13
İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
05 noyabr, 2026 / 14:49
Surinam özəl sektoru iqtisadi siyasətin hazırlanmasına daha fəal cəlb etmək niyyətindədir
05 noyabr, 2026 / 13:51
İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır
05 noyabr, 2026 / 13:42
Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib
05 noyabr, 2026 / 13:42
APRM: Afrika süni intellektin tətbiqi üçün əsas problemləri həll etməlidir
05 noyabr, 2026 / 13:34
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
05 noyabr, 2026 / 13:08
BTQ-nin təşəbbüsü ilə təsis edilən GYSP-də təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb
05 noyabr, 2026 / 13:06
ASAN xidmət və BMT Bakıda dövlət idarəçiliyinin gələcəyini müzakirə edib
05 noyabr, 2026 / 12:41
BMT rəsmisi: Dövlət institutlarına inamın artırılması olduqca mühüm məsələdir
05 noyabr, 2026 / 12:31
Azərbaycan və Ukrayna energetika nazirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər
05 noyabr, 2026 / 12:17