Bakı. 7 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın ticarət və ixrac üzrə dövlət naziri baronessa Rona Feyrhed Azərbaycana dekabrın 14-də səfər edəcək.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Bakıya səfəri zamanı baronessa R.Feyrhed Böyük Britaniya - Azərbaycan birgə hökumətlərarası komissiyanın ikinci iclasında iştirak edəcək.
Səfər dekabrın 15-də başa çatacaq.