Böyük Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana gələcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakıya səfərə gələcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, B.E.Nikolson Bakıda fevralın 15-də baş tutacaq Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının dördüncü iclasında iştirak edəcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 29-da, üçüncüsü isə ötən il fevralın 23-də baş tutub. 

Digər xəbərlər