Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Mərkəzi Asiya Beynəlxalq İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Report" xəbər verir ki, memorandum Bakıda keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı Dəyirmi masanın yekunları üzrə imzalanıb.
Memorandumu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev imzalayıblar.