Bakı. 19 noyabr. REPORT.AZ/ Belarus xarici işlər naziri Vladimir Makey Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə ilə görüşüb.
"Report" Belarus XİN-in məlumatına istinadən xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də siyasi, iqtisadi və mədəniyyət sahələrində münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.