Azərbaycanla ABŞ arasında Dövlət Tərəfdaşlığı Proqramının 30-cu yubiley konfransına qatılmaqdan şərəf duydum və məmnun qaldım.
“Report”un məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim tviterdə bildirib.
O, ABŞ Milli Qvardiyasına “qonaqpərvərlik, möhkəm əlaqə və sarsılmaz dostluğa görə” təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin hərbi attaşelər iştirak ediblər.