Azərbaycanın DİN başçısı Əbu Dabidə "Təhlükəsizlik üçün birlik" beynəlxalq konfransında iştirak edir

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün BƏƏ paytaxtı Əbu Dabidə işinə başlayan "Təhlükəsizlik üçün birlik" beynəlxalq konfransında iştirak edir.

"Report" Azərbaycanın BƏƏ-dəki səfirliyinə istinadən xəbər verir ki, konfransda həmçinin Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov iştirak edir.

Tədbir İnterpol tərəfindən təşkil edilib və BƏƏ prezidenti şeyx Xəlifə bin Zayed Əl-Nahyanın himayəsi altında keçirilir. Forumda iştirakçılar dünyada təhlükəsizliyin təmin edilməsi, təhlükəsizliyə mümkün hədələrlə mübarizə üçün əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Forum işini martın 30-da başa vuracaq.

Digər xəbərlər