Azərbaycanın Qarsdakı baş konsulu Iğdır vilayətinin valisi ilə görüşüb

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Iğdır vilayətinin valisi Ənvər Ünlü ilə görüşüb.

Baş konsulluqdan “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə qardaşlığının inkişafı və tərəqqisi naminə hər iki dövlətin başçısı tərəfindən həyata keçirilən strategiyanın nailiyyətlərindən danışılıb.

Eyni zamanda, Azərbaycan və Türkiyənin birgə yüksəlişini təmin edən layihələrin əhəmiyyətindən söz açılıb.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub. 

Digər xəbərlər