Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin müşahidə edilməsi üzrə hazırlıqlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 27-də Strasburqda baş tutacaq iclasında müzakirə ediləcək.

"Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas zamanı müşahidə missiyasının üzvlərinin siyahısı təsdiqlənəcək.

Xatırladaq ki, AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərinə 30-dan çox müşahidəçi göndərəcəyi gözlənilir.

Digər xəbərlər