Azərbaycan XİN Avstriyaya cavab verib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”

“Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən yanvarın 15-dək Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”.

Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.

Digər xəbərlər

Azərbaycan Rusiyaya nota verib 06 fevral, 2026 / 18:19