Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan və Belarus BMT Baş Assambleyasında yeni qətnamə təqdim etmək niyyətindədir.
"Report" BMT yanında Belarus nümayəndəliyinin məlumatına istinadən xəbər verir ki, qətnamə BMT-də peşəkar tərcümənin rolu ilə bağlıdır.
Bununla əlaqədar Azərbaycan və Belarusun daimi nümayəndələrinin, BMT-nin müvafiq qurumları və peşəkar tərcüməçilərin iştirakı ilə qətnamə layihəsi üzrə məsləhətləşmələr keçirilib.