Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə bu ölkənin parlamentinin Nümayəndələr Palatasının üzvü və Liberal-Demokrat Partiyasının Beynəlxalq Bürosunun Baş direktoru Kasuey Xirasava ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyi məlumat yayıb.
“Tərəflər ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümünü nəzərə alaraq, ikitərəfli dost münasibətlərin bundan sonra da möhkəmləndirilməsi üçün sıx əməkdaşlıqla bağlı razılıq əldə ediblər”, - səfirlikdən bildirilib.