Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov bu ölkənin Prezidentinin diplomatik müşaviri Fatmir Çela ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə diplomat tviterdə bildirib.
“Albaniya Respublikasının Prezidentinin diplomatik müşaviri zati-aliləri cənab Fatmir Çela ilə görüşməkdən məmnun oldum”, - o qeyd edib.