Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti Zirvə görüşünün tarixi məlum olub

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli Zirvə görüşünün tarixi məlum olub. 

“Report” TASS-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani mətbuat konfransında dövlət başçılarının növbəti görüşünün 2018-ci ildə Rusiyada keçiriləcəyini bildirib. 

"Vladimir Putin Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli Zirvə görüşünün Rusiyada keçirilməsini təklif etdi və biz də bununla razılaşdıq. Beləliklə, dövlət başçılarının növbəti görüşü 2018-ci ildə Rusiyada baş tutacaq", - o deyib. 

Digər xəbərlər