Azərbaycan Rumıniyaya yeni səfir təyin edib

Bakı. 6 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Hüseyn Nizami oğlu Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Fərid Şamil oğlu Abdinbəyov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər xəbərlər