Azərbaycan Prezidenti Laosun dövlət başçısını təbrik edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Volaçitə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Laos xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Digər xəbərlər