Azərbaycan Prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək

Bakı. 19 aprel. REPORT.AZ/ İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.

“Report” xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb. 

Səfərin aprelin 25-də baş tutacağı bildirilir. Azərbaycan Prezidentinin səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırmla görüşü nəzərdə tutulub.

Qeyd edək ki, xəbəri ilk olaraq "Yenicag.az" saytı yayıb. 

Digər xəbərlər