Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb.

"Report" xəbər verir ki, Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola salıb.

Digər xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib 14 noyabr, 2026 / 18:44