Azərbaycan Prezidenti Burkina-Fasonun dövlət başçısını təbrik edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreyə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Burkina-Fasonun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".

Digər xəbərlər