Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Alyansın Baş katibinin müavini Mirça Coana ilə görüşüb.
"Report" xəbər verir ki, bunu C.Hüseynzadə tviterdə yazıb.
Görüşdə ikitərəfli münasibətlər, həmçinin Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə, o cümlədən enerji təhlükəsizliyinə verdiyi töhfə barədə fikir mübadiləsi aparılıb.
C.Hüseynzadə M.Coanaya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və regiondakı vəziyyət haqqında məlumat verib.