Azərbaycan - ABŞ münasibətləri müzakirə olunub

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib, iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub

"Report" xəbər verir ki, qəbul zamanı siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Azərbaycan Rusiyaya nota verib 06 fevral, 2026 / 18:19