Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.

Bu barədə "Report"a Parlamentin Mətbuat xidmətindən məlumat verilib.  

İclasda ATƏT PA-nın iyulun 7-11-də Berlində keçiriləcək 27-ci yay sessiyasında müzakirə olunacaq mövzular və layihə sənədləri təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkilər üzrə müşahidə missiyalarının hesabatları, keçiriləcək tədbirlər barədə məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

A.Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək.

Səfər aprelin 17-də başa çatacaq.

Digər xəbərlər