Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə ərazisinin geniş şəkildə minalarla çirkləndirilməsi barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentini məlumatlandırıb.
“Report” xəbər verir ki, onlar bu barədə Azərbaycan XİN-də keçirilən birgə mətbuat konfransında danışıblar.
C.Bayramovun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinə maneə törədən ən ciddi məsələ mina problemidir:
“Biz növbəti illərdə də bu problemlərlə üzləşməli olacağıq. Ermənistan tərəfinin basdırdığı minaların qurbanı olan insanlardan 70 nəfər həyatını itirib”.