Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gələcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, T.Klaar fevralın 22-dən etibarən Ermənistanda səfərdədir və bundan sonra Gürcüstana və Rusiyaya səfər etməyi, ən sonda isə Bakıya gəlməyi planlaşdırır.

Səfər zamanı T.Klaar ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.

Digər xəbərlər

Fuad Oktay Azərbaycana gəlib 23 fevral, 2026 / 23:09