ABŞ və İsrailin ölkəmizdəki səfirləri Qubada olublar

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və İsrailin respublikamızdakı səfiri George Deek Qubada yerləşən, dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbəyə səfər ediblər.

Bu barədə "Report" ABŞ-ın ölkəmizdəki səfirliyinə istinadən xəbər verir.

“Dağ Yəhudiləri” muzeyinin direktoru İqor Şaulovun keçirdiyi tur zamanı səfir Litzenberger dağ yəhudilərinin mədəni əhəmiyyəti və tarixi ilə tanış olub, bölgənin, o cümlədən mədəni irsin qorunması, turizmin daha da inkişaf etdirilməsi üçün ABŞ-nın İsrail və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə edib.

Digər xəbərlər