Frenk Pallone Vaşinqtonda Azərbaycan Prezidentinə qarşı təxribat cəhdinin sponsorlarındandır - RƏY

Azərbaycana düşmən kəsilən, erməni şovinistləri tərəfindən maliyyələşən qüvvələr gec-tez qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan ədalət məhkəmələrinin qarşısında cavab verəcək.

Bunu "Report"a açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

O qeyd edib ki, Vaşinqtonda bu ünsürlərin təxribatçı əməllərindən sonra ilk bu məsələyə reaksiya verən ermənilərin ANCA təşkilatı olub:

"Bu təşkilat beynəlxalq aləmdə özünün təxribatçı və terrorameyilli siyasi hərəkətləri ilə tanınır. ANCA təşkilatı bütün məsələlərdə Azərbaycanın uğurlarını həzm edə bilmir və hər cəhddə bu uğurlara xələl gətirməyə çalışır".

Deputatın fikrincə, ANCA-dan sonra bu məsələyə dərhal səsini çıxaran Azərbaycanın düşməni Frenk Pallone oldu. Hər iki qara qüvvənin bütün əməllərində anti-Azərbaycan, anti-türk meyilləri həmişə qabarıq olub:

"907-ci düzəlişin müəlliflərindən olan, "Xocalı soyqırımını", Qarabağın Azərbaycana aid olmasını inkar edən F.Pallone və onun ətrafında olanlar təxribat törədənlərin sponsorlarıdır. Bu qara qüvvəllərin aldığı tapşırıqlar ondan ibarət idi ki, təxribat törədilsin və daha çox rezonans doğursun. Bu təxribatın qarşısı Prezident mühafizə xidmətinin əməkdaşları və ABŞ polisi vasitəsilə alındı".

Deputatın fikrincə, bu məsələnin özünün tərkibində cinayət var. Çünki həmin vaxtda çox böyük bir tədbir keçirilirdi. Onlar Azərbaycan Respublikasının Prezidentinin qaldığı, qorunan ərazini yararaq orada təxribat törətməyə çalışdı. Bu qüvvələrin əsas məqsədi anti-Azərbaycan siyasəti yürütmək idi:

"Hotel qarşısında təxribat törədənlər ermənipərəst qüvvələrin təsiri altında idi. Bu ünsürlər milli dəyərdən uzaq, düşmən dəyirmanına su tökən, açıq-aydın düşmən mövqeyi sərgiləyənlərdir. Onların fəaliyyəti ilə açıq-aydın göstərir ki, bu millətdən deyillər. Onlar Azərbaycana düşmən kəsilən, ermənilər tərəfindən maliyyələşən qüvvələrdir. Belələri gec-tez qanunvericiliyin tələbinə uyğun olaraq, Azərbaycan ədalət məhkəməsinin qarşısında cavab verəcək".

Digər xəbərlər