Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12% artıb

Bakı. 30 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı yanvar ayına nisbətən 0,5%, ötən ilin fevral ayı ilə müqayisədə isə 11,9% artaraq 48 327 nəfər təşkil edib.

“Report” bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2018-ci ilin iki ayında Türkiyəyə səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 35% artaraq 3 milyon nəfərə çatıb. İlk 5-likdə İran (350 421 nəfər), Gürcüstan (307 447 nəfər), Bolqarıstan (231 374 nəfər), Almaniya (196 604 nəfər) və Rusiya (134 211 nəfər) vətəndaşları qərarlaşıb. 

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00