Qazaxıstanın loukosteri iyundan Astanadan Bakıya mövsümi reyslərə başlayacaq

Qazaxıstanın aşağıbüdcəli (loukosteri) “FlyArystan” şirkəti iyunun 2-dən Astana-Bakı-Astana marşrutu üzrə mövsümi reysləri həyata keçirməyə başlayacaq.

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, aviaşirkət artıq bu marşrut üzrə biletlərin satışına başlayıb.

Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Biletləri “FlyArystan”nın mobil tətbiqi, daşıyıcının rəsmi saytı və digər mövcud platformalar vasitəsilə əldə etmək mümkündür.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00