Ötən il Azərbaycandan Gürcüstana 82 718 nəfər səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.
Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 212 414 nəfər və yaxud 72 % azdır.
Hesabat ilində Azərbaycan Gürcüstanın ən çox ziyarətçi qəbul etdiyi ölkələrin ilk onluğunda VII yeri tutub.
2021-ci ildə Gürcüstana səfərə yollanan beynəlxalq ziyarətçilərin sayı illik müqayisədə 7,7 % artaraq 1 milyon 881 min 271 nəfər təşkil edib.