Naftalanda 16 hotel və sağlamlıq mərkəzi fəaliyyət göstərir

Hazırda Naftalanda 3-ü 5 ulduzlu olmaqla 16 hotel və sağlamlıq mərkəzi fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib.

"Bu obyektlər gündəlik 3,4 min insana xidmət göstərmək imkanına malikdir. 2019-cu ildə koronavirus (COVID-19) pademiyasından əvvəl bura 40 min turist səfər edib ki, bu da müstəqillik dövründə ən yüksək göstərici olub", - deyə o, qeyd edib.

Bundan başqa, icra başçısının sözlərinə görə, Naftalan neftinə ilk dəfə yerli icra hakimiyyətinin müraciəti əsasında dövlət standartı verilib.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00