"Instagram"da məşhur olan şəhərlərin adları açıqlanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ "Instagram"da 2017-ci il ərzində daha çox məşhur olan şəhərlərin adları açıqlanıb.

“Report” xəbər verir ki, reytinq siyahısında birinci yeri Nyu-York tutub.

İkinci yerdə London, üçüncü yerində isə Moskva qərarlaşıb.

İlk onluğa həmçinin San-Paulu, Paris, Los-Anceles, Sankt-Peterburq, Cakarta, İstanbul və Barselona şəhərləri düşüb.

Reytinq tərtibatçıları siyahını hazırlayarkən ən çox fotoşəklin çəkildiyi şəhərlərin coğrafi kordinatlarını nəzərə alıblar.

Digər xəbərlər