Gürcüstan turizmi ötən il 3 milyard dollar itirib 

“Pandemiya səbəbindən Gürcüstanın turizm gəlirləri 2020-ci ildə 3 milyard dollar azalıb və bu, ölkə iqtisadiyyatı üçün çox böyük məbləğdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze bildirib.

O deyib ki, COVID-19 pandemiyası ən böyük zərəri Gürcüstanın turizm sahəsinə vurub.

K.Qvenetadzenin sözlərinə görə, iqtisadiyyatı turizmdən asılı olan ölkələrin iqtisadi bərpası gözləniləndən daha çox vaxt tələb edə bilər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00