Bakı MDB-nin tur şəhərlərinin top onluğunda 3-cü yeri tutub

Bakı. 18 aprel. REPORT.AZ/ “TurStat” analitik agentliyi rusiyalı turistlər üçün 2018-ci ilin yaz səfəri üzrə ən yaxşı MDB şəhərlərinin reytinqini hazırlayıb.

“Report”un verdiyi xəbərə görə, reytinq məşhur olan yaz turlarının analizi nəticəsində tərtib olunub.

MDB şəhərlərinin top onluğunda Minsk (Belarus), Astana (Qazaxıstan), Bakı (Azərbaycan), Yerevan (Ermənistan), Almatı (Qazaxıstan), Daşkənd (Özbəkistan), Kişinyov( Moldova), Bişkek (Qırğızıstan), Düşənbə (Tacikistan) və Aşqabad (Türkmənistan) sıralanıb. 

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00