Bakı MDB-nin ən yaxşı qış turizm şəhəri reytinqində 3-cü olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakı şəhəri qış səfərləri üzrə ən yaxşı MDB şəhərləri siyahısında III yeri tutub.

“Report” bu barədə “TurStat” analitik agentliyinin hazırladığı qış səfərləri üzrə ən yaxşı MDB şəhərləri reytinqinə istinadən xəbər verir.

Bakı bu siyahıda Minsk (Belarus) və Almatıdan (Qazaxıstan) sonra yer alıb. 

İlk onluqda həmçinin Yerevan (Ermənistan), Daşkənd (Özbəkistan), Astana (Qazaxıstan), Brest (Belarus), Bişkek (Qırğızıstan) və Kişinyov (Moldova) yer alıb. Maraqlıdır ki, 10-cu sıranı Azərbaycanın digər şəhəri - Gəncə tutub.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00