AzTA-nın rəhbəri: "Hindistandan Azərbaycana birbaşa aviareyslər olacaq”

Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycan Turizm Assosiasiyasının (AzTA) Hindistanda nümayəndəliyi açılıb. Hazırda iki ölkə arasında birbaşa aviareysin açılması istiqamətində danışıqlar aparılır."  

Bunu "Report"a açıqlamasında AzTA-nın İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Hindistanın Turizm Assosiasiyası ilə müqavilə imzalayıb və əməkdaşlıq edib: “Onlar Azərbaycanın turizm potensialını təbliğ etməyi üzərlərinə götürüblər. Bu il ölkəyə Hindistandan gələn turistlərin sayını artıracağıq. Bundan başqa, 2019-cu ildən Hinistandan Azərbaycana birbaşa aviareyslər olacaq”.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00