Azərbaycandan Gürcüstana səfər edənlərin sayı noyabrda 2 dəfə artıb

Bu ilin noyabr ayında Azərbaycandan Gürcüstana 8 064 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 162 nəfər və yaxud 2 dəfə çoxdur.

Yanvar-noyabr aylarında isə qonşu ölkəyə Azərbaycandan yollanan ziyarətçilərin sayı ötən ilin eyni dövrünə nisbətdə 74,6 % azalaraq 73 931 nəfər təşkil edib. İlk 11 ayda Azərbaycan Gürcüstanın ən çox ziyarətçi qəbul etdiyi ölkələrin ilk onluğunda VII yeri tutub.

Noyabrda Gürcüstana 180 705, yanvar-noyabrda isə 1 668 193 nəfər beynəlxalq ziyarətçi (-1,6 %) səfər edib.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00