Azərbaycan MDB-də səyahət etmək üçün 3-cü ən yaxşı ölkədir

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan MDB-yə üzv olan ölkələr arasında səyahət etmək üçün 3-cü ən yaxşı ölkədir. 

"Report" xəbər verir ki, bu, “TurStat" analitik agentliyinin apardığı araşdırma nəticəsində məlum olub. 

Azərbaycana səfər edənlər daha çox ölkənin fərqli və gözəl təbiətini bəyənirlər. 

Reytinq cədvədlində 1-ci yeri Belarus, 2-ci yeri isə Qazaxıstan tutub, 4-cü yerdə Özbəkistan, 5-ci yerdə isə Ermənistan qərarlaşıb. 

Agentlik həmçinin bəyan edib ki, MDB ölkələrində bir həftəlik ekskursiya üçün adambaşına orta hesabla 800 ABŞ dolları xərcləmək lazımdır. 

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00