Azərbaycan Gürcüstana səfər edən turistlərin sayına görə liderdir

Bakı. 3 may. REPORT.AZ/ 2018-ci ilin aprel ayında Gürcüstana ən çox Azərbaycan, Rusiya və Türkiyədən olan turistlər səfər edib.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze mətbuat konfransında bildirib.

Gürcüstana aprel ayında, ümumilikdə, 596,7 min əcnəbi səfər edib və bu rəqəm ötən ilin analoji göstəricisindən, demək olar ki, 17% çoxdur. Onlardan 278 mini (+24,9%) turist olub.

Apreldə ən çox Azərbaycandan (+10,4%), Rusiyadan (+43,4%), Türkiyədən (+29,2%), Ermənistandan (-6,9%) və İrandan (+98,5%) səfərlər olub.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00