AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir.

“Report”un AZAL-a istinadən verdiyi məlumata görə, təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün keçərlidir.

Bakıdan Pekinə aviabiletlərin qiyməti:

Pekindən Bakıya aviabiletlərin qiyməti:

Qeyd edək ki, endirimli qiymətlər yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 2024-cü il mayın 31-nə kimi həyata keçirəcəyi reyslərinə şamil olunur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən, ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini qaçırmayın!

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00