Ülvi Mehdiyev: "Xidmətlərlə bağlı təhlillər vahid sistem üzərində aparılmalıdır"

Bakı. 5 dekabr. REPORT.AZ/ "Xidmətlərlə bağlı təhlillər vahid sistem üzərində aparılmalıdır".

"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, Elektron Hökumətə daxil olacaq qurumların həm E-Hökumətə, həm də onların bir-birinə inteqrasiyasına əlavə vəsait tələb olunur.

Sədrin sözlərinə görə, xidmətlərlə bağlı təhlillər vahid sistem üzərində aparılsa, hər bir qurum digər qurumdan ona zəruri olan informasiyanı elektron qaydada alıb özünün uçot-təhlil sistemində uzlaşdıra biləcək, bu da bir sıra çətinlikləri aradan qaldıracaq. 

Digər xəbərlər