Cəlilabadda növbəti əmək yarmarkası keçirilib

Cəlilabadda Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbir rayonun Göytəpə şəhərində yerləşən Cəlilabad Peşə Təhsil Mərkəzində baş tutub.

Yarmarkaya 20 işəgötürən tərəfindən 52 vakansiya təqdim olunub.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Digər xəbərlər